media-1-2
media-bant_master

Bu günlərdə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstan Respublikasının Çimkənd şəhər Akımlığının dəstəyi ilə “MİRAS” Türk etno-dizaynerlərinin Beynəlxalq Forumu keçirilib.

ERAmedia xəbər verir ki, Forum çərçivəsində “Türk geyim və ornament semiotikası” adlı Beynəlxalq Elmi-Təlim Konfransında Türk dünyasının tanınmış etno-dizaynerlərinin ustad dərsləri, yarmarka və dəb nümaiş etdirilib. Forumun məqsədi Türk dünyasının dekorativ-tətbiqi sənət sahəsində yeni ideyaları və yaradıcılıq təşəbbüslərini dəstəkləyən müasir bir platforma yaratmaq, zəngin mədəni irsimizi ictimaiyyət arasında geniş təbliğ etmək və gənc nəslin Türk mədəniyyətinə marağını artırmaqdır.

Ölkəmizi təmsil edən Azərbaycan Milli Tarix Muzeyinin Muzey eksponatlarının qorunmast və qeydiyyattı üzrə direktor müavini – baş muhafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova “Народные мотивы в творчестве современных дизайнеров Азербайджана» və Xüsusi Fondun mudiri, t.u.f.d., dosent Afət Rüstəmbəyova “Традиционный народный костюм азербайджанцев и модные тенденции XVIII – нач. XX веков” adlı məruzə ilə konfransda çıxış ediblər. Məruzəçilərin çıxışları Forum iştirakçılarının marağına səbəb olub. Etno-dizayner Xalid Əliyev isə müasir geyimlərdə etnik motivlərin istifadəsini nümaiş etdirib və qonaqlara ətraflə məlumat verib.

Forum çərçivəsində müxtəlif tədbirlərdə iştirak edən təmsilçilərimiz eyni zamanda, yerli televiziya kanallarının da qonağı olublar.

Qeyd edək ki, Forum Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın Beynəlxalq elmi institutlarından və Tarix-mədəniyyət mərkəzlərindən alimləri, folklorşünasları, sənətşünasları, etnoqrafları və aparıcı etno-dizaynerləri bir araya toplayıb. Tədbirdə onlara magistrant, doktorant, tanınmış dövlət və ictimai xadimlər iştirak ediblər.


media-adspc

Bənzər xəbərlər