media-624d4bf7a310fd2bec812557jpg-1714004258

2026-cı ilin ilk yarısında Çin ilə Azərbaycan arasında ticarətin həcmi 2,22 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.

ERAmedia xəbər verir ki, AZƏRTAC-a müsahibəsində Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, Çin Azərbaycanın ən böyük idxal mənbəyi mövqeyini qoruyub saxlayır.

Səfir qeyd edib ki, iki ölkə arasında praktiki əməkdaşlıq yüksək texnologiyalı istehsal, süni intellekt, informasiya texnologiyaları və infrastruktur sahələrində də inkişaf edir.

Lu Mey bildirib ki, Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurulduqdan sonra tərəflər yüksək səviyyədə əldə olunmuş razılaşmaları fəal şəkildə həyata keçirməyə davam edirlər.


media-adspc

Bənzər xəbərlər