media-hindistan-cin
media-bant_master

Hindistan və Çin 5 ildən sonra qarşılıqlı uçuşları bərpa edir.

ERAmedia Reuters-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici işlər nazirliyi məlumat yayıb. Hindistanın ən böyük aviasiya şirkəti olan “İndiGo” oktyabrın 26-dan başlayaraq Çinə uçuşları bərpa edəcək.

Qeyd edək ki, 2020-ci ildə iki ölkə arasında baş verən sərhədboyu toqquşmalardan sonra Hindistan-Çin əlaqələri böhranlı vəziyyət alıb və uçuşlar qarşılıqlı olaraq dayandırılıb.

 


media-adspc

Bənzər xəbərlər