Corcio Armani valideynləri və qardaşının məzarları yanında dəfn olunacaq
Dünyaca məşhur italyan modelyer Corcio Armani ailə məzarlığında dəfn olunacaq.
ERAmedia xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb. Məlumata görə, dəfn Rivalta adlı kiçik bir kənddə keçiriləcək. Armaninin qəbrinin valideynləri və qardaşının məzarları yanında yerləşdirilməsi nəzərdə tutulub.
Dəfn mərasimi onun xahişi ilə 20-dən çox olmayan ən yaxın adamının iştirakı ilə özəl olaraq, sentyabrın 8-də keçiriləcək. Onun dəfn günü matəm elan ediləcək.
Xatırladaq ki, Corcio Armani sentyabrın 4-də, 91 yaşında vəfat edib.