media-17902492185576827386_1200x630

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, Ü.Hacıbəyli prospektində fəaliyyət göstərən, sahibkar Saleh Əliş oğlu Namazova məxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər.

ERAmedia-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı istehsal müəssisəsində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən olunub.

Faktla bağlı inzibati protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


media-adspc

Bənzər xəbərlər