COVID-19-dan 3 il əvvəl pandemiya planı - Epşteyn sənədlərində ŞOK MƏKTUB TAPILDI
Maliyyəçi Cefri Epşteynlə bağlı iş üzrə sənədlərdə 2017-ci ilə aid pandemiyanın modelləşdirilməsi üçün tövsiyə və texniki həllərin hazırlanmasının müzakirə edildiyi məktub aşkarlanıb.
ERAmedia xəbər verir ki, müzakirələr COVID-19 pandemiyasının başlamasından təxminən üç il əvvəl aparılıb.
Söhbət ABŞ-ın milyarderi Bill Qeytsə ünvanlanmış və sonradan Epşteynə yönləndirilmiş yazışmadan gedir. Məktubun müəllifi Bill Qeytsi həmkarları ilə birlikdə birgə əməkdaşlıq çərçivəsində icra edilməsi planlaşdırılan tapşırıqların və analitik materialların siyahısının hazırlandığı barədə məlumatlandırır.
Təklif olunan fəaliyyət istiqamətləri sırasında müxtəlif ştammlar üzrə pandemiyanın modelləşdirilməsi üçün “tövsiyələrin və texniki spesifikasiyaların təkmilləşdirilməsi” xüsusi yer tutur. Bu ifadə səhiyyə, tibbi məlumatların qorunması və ABŞ əhalisinin müalicə xərclərinin təhlili ilə bağlı layihələr kontekstində qeyd olunur.
Vüsalə










