COVID pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib - Ceyhun Bayramov
2020-ci ildən bu yana ikitərəfli və çoxtərəfli yardım vasitəsilə təxminən 400 milyon ABŞ dolları ayrılıb. Bizim fəaliyyətimiz müxtəlif formalar alıb. COVID pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib.
ERAmedia xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfransda söyləyib.
O bildirib ki, Afrikada əməkdaşlığımıza Ebola epidemiyasına cavab tədbirləri və Qarşısı Alına Bilən Korluqla Mübarizə Alyansına dəstək daxil idi. Bu təşəbbüs vasitəsilə 900 mindən çox insan göz müayinəsindən keçib, yerli tibb mütəxəssislərinin potensialının artırılması ilə yanaşı, 150 mindən çox katarakta əməliyyatı həyata keçirilib.









