media-tr9xy5m3iyc47nci1arcml8p5jksfwancgxnu8bu_1200

Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri başa çatıb.

ERAmedia xəbər verir ki, Azərbaycan beynəlxalq yarışı dörd medalla tamamlayıb.

Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib.

+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.

Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (66 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medala yiyələniblər.

Yekunda bir qızıl, bir gümüş və iki bürünc medal əldə edən milli komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.


media-adspc

Bənzər xəbərlər