media-17887794525543059392_1200x630

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

ERAmedia xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesinə cüdoçularımızla yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də qatılıblar.

Toplanış çərçivəsində cüdoçuların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin idmançılarının iştirakı ilə randori sessiyaları təşkil olunur.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı qarşıdakı mühüm yarışlara — Macarıstan “Böyük Dəbilqə”sinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.


media-adspc

Bənzər xəbərlər