media-img_8286

Rusiyanın Krasnoyarsk şəhərində cüdo üzrə gənclər arasında Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

ERAmedia xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 3 medal qazanıblar.

Əhməd Rüstəmov (66 kiloqram) və Hüseyn Eyvazlı (100 kiloqram) gümüş medala layiq görülüblər.

Murad Allahverdiyev (90 kiloqram) isə bürünc mükafatın sahibi olub.

Turnirdə 10 ölkədən 240-dən çox cüdoçu mübarizə aparıb.


media-adspc

Bənzər xəbərlər