media-17824732376144160513_1200x630

Azərbaycan cüdoçusu Əhməd Yusifov Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə bürünc medal qazanıb.

Cüdo Federasiyasından ERAmedia-ya bildirilib ki, 60 kiloqram çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.

Sabah yığmanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.

Azərbaycanın 17 cüdoçu ilə təmsil olunduğu turnirə iyunun 28-də yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər