Dağ kəndlərində işığın verilişi bərpa edilir - VİDEO

Xəbər verdiyimiz kimi Lerikə yağan güclü qar səbəbindən xeyli kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hazırda qarın intensiv yağmasına baxmayaraq, “Azərişıq”ın əməkdaşları tərəfindən rayonda elektrik enerjisinin verilişinin bərpa olunması istiqamətində işlər aparılır.
Belə ki, artıq bir çox abonentin işıq problemi həll olunub. Yaxın saatlarda rayonun bütün ərazilərində işığın verilməsi bərpa olunacaq.
Son Xəbərlər
Bənzər xəbərlər
Daha çox yüklə






































































































