Dağlarla imperiya arasında: Qafqazın taleyini dəyişən illər – Tarixi XRONİKA
XIX əsr Qafqazı böyük siyasi və hərbi qarşıdurmaların mərkəzində idi. 1817–1864-cü illəri əhatə edən Qafqaz müharibəsi regionun taleyini müəyyən edən əsas hadisələrdən biri sayılır.
ERAmedia bildirir ki, bu müharibənin ən dramatik məqamlarından biri 1859-cu ildə Şeyx Şamilin əsir alınması ilə yadda qalıb.
Həmin dövrdə Rusiya imperiyası təkcə hərbi qələbə ilə kifayətlənməyib, bölgədə möhkəmlənmək strategiyası həyata keçirirdi. Dağlıq ərazilərdə hakimiyyəti qorumağın çətinliyi yeni müdafiə sistemlərinin qurulmasını zəruri edirdi. Bu məqsədlə strateji əhəmiyyətli mövqelərdə qalalar inşa olunmağa başladı. Belə istehkamlar həm nəzarəti gücləndirir, həm də kommunikasiya yollarını qoruyurdu. Dağıstanda tikilən qalalardan biri də həmin dövrün mühüm tarixi abidələrindən hesab olunur.
Qafqaz müharibəsinin həlledici mərhələsi 1859-cu ildə Şeyx Şamilin əsir götürülməsi ilə nəticələndi və bu hadisə bölgədə güc balansını dəyişdirdi. Çar hakimiyyəti Şamilin liderlik keyfiyyətlərini yüksək qiymətləndirir, eyni zamanda dağ xalqlarını idarə etməyin nə qədər mürəkkəb olduğunu anlayırdı. Bu səbəbdən imperiya bölgədə hərbi nəzarəti gücləndirmək üçün qalalar tikmək siyasətini həyata keçirdi.
Dağıstanın Arani adlanan hissəsində inşa edilən istehkam xüsusi strateji əhəmiyyətə malik idi. Ərazi həm təbii müdafiə imkanları ilə seçilir, həm də dağlıq zonalarla düzənlik arasında mühüm keçid rolunu oynayırdı. Qalanın tikintisi 1862–1867-ci illərdə dövlət büdcəsi hesabına həyata keçirildi və o dövrün memarlıq standartlarına uyğun şəkildə layihələndirildi.
1871-ci ilin sentyabrında imperator II Aleksandr qalaya səfər edərək burada yerləşən hərbi hissələr tərəfindən qarşılandı. Daha sonra o, bölgənin digər strateji məntəqələrinə, o cümlədən Botlix istiqamətinə yollandı.
Sovet dövründə qala müxtəlif məqsədlərlə istifadə olunub, burada inzibati qurumlar, təhsil müəssisələri və sosial obyektlər fəaliyyət göstərib. Zaman keçdikcə bu tarixi abidə ölkənin mədəni irs siyahısına daxil edilib və 2019-cu ildə genişmiqyaslı bərpa işləri aparılıb.
Vural










