media-videoedited
media-001
media-shehidler_olmez_baner_full

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib.

Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim edilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.

O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.

Qeyd edilib ki, postmüharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6900, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub.

Nazir müavini V. Nəsirli əlavə edib ki, cari ilin yanvarın 1-dən növbədə olan müharibə əlillərinin hamısına avtomobil verilib:

“Post-müharibə dövründə 567, ötən dövr ərzində isə 7800 avtomobil müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə verilib”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər