media-17586798543584037934_1200x630
media-bant_master

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin komandası Bakıya gəlib.

Bunlar Özbəkistanın U-15 futbol komandasının və Qazaxıstanın aşağı yaş qruplarından ibarət stolüstü tennis yığmasıdır.

İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıbar.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

media-17586798545987551038_1200x630


media-adspc

Bənzər xəbərlər