media-qar

Milli Hidrometeorologiya Xidmətinin aprelin 9-u saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən ERAmedia-ya verilən məlumata görə, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağda isə qar müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Goranboyda 23, Ağdam, Tərtər və Naftalanda 22, Bərdə, Quba (Xınalıq) və Şahdağda 20, Mingəçevirdə 16 metr/saniyəyədək güclənir.

Şəki, Şamaxı, Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunur. Görmə məsafəsi 500 metrədək məhdudlaşır.


media-adspc

Bənzər xəbərlər