media-ads-728x90
media-images-8
media-ads-728x90

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub. Ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

ERAmedia  xəbər verir ki,bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Qeyd edilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib.

Qısa müddətdə görülən tədbirlər nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun qarşısı alınıb və xidmətlər tam bərpa olunub. İstifadəçilərin internetə çıxışı təmin edilib.

.


media-ads-728x90

Bənzər xəbərlər