media-videoedited
media-xankendi_vagzal_1
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb.

ERAmedia xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müavini Arif Ağayev Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır: “Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. 2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 %-i, tikinti-quraşdırma işlərinin isə 67 %-i yekunlaşıb”.

O qeyd edib ki, dəmiryol sahəsində nəhəng layihələr həyata keçirilir: “Qarşıdakı illərdə biz sizinlə birgə bu layihələrin nəticəsini və faydalarını görəcəyik”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər