Dənizdə batan şəxsin meyiti tapılıb
İyulun 28-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti suda tapılıb.
ERAmedia-ya bu barədəFövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.










