media-1137566

Qadınlarımız cəmiyyətimizin ayrılmaz dayağı, ailə institutunun qoruyucusu, eyni zamanda ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynayan güclü və fəal vətəndaşlardır.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Sahibkar Qadınlar İctimai Birliyinin 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif Zəfər” adlı tədbirində deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan qadını yalnız ailədə deyil, həm də dövlət idarəçiliyində, sahibkarlıqda, elm, təhsil, səhiyyə və ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir.

“Bu gün qadınlarımızın həyatın bütün sahələrində qazandıqları uğurlar dövlətimizin qadınlara verdiyi dəyərin və etimadın bariz göstəricisidir. Bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, eləcə də Heydər Əliyev Fondunun və onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin nəticəsidir. Azərbaycan qadını həm zərifliyi, həm də əzm və iradəsi ilə ölkəmizin inkişafına töhfə verir”, – deyə o əlavə edib.

C.Məmmədovun sözlərinə görə, eyni zamanda sahibkar qadınların artan fəaliyyəti, onların innovativ ideyaları və iqtisadiyyatımızın dayanıqlılığına verdikləri töhfə xüsusi qeyd olunmalıdır:

“Qadınlarımızın biznes mühitində özünü təsdiqləməsi təkcə iqtisadi deyil, həm də sosial inkişafın göstəricisidir.

Qadınlarımızın uğurları, onların cəmiyyətə verdiyi dəyər gələcəyimizin möhkəm təməlinin qurulmasına xidmət edir. Hər bir Azərbaycan qadınına sağlamlıq, xoşbəxtlik və yeni uğurlar arzulayıram”.

Vüsalə


media-adspc

Bənzər xəbərlər