Azərbaycan qlobal problemlərin həllində iştirak edən dövlətə çevrilib-Vüqar Rəhimzadə
“Prezident İlham Əliyev tarixi Zəfərimizdən sonra ilk dəfə BMT tribunasından bəyan etdi ki, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil, bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.
ERAmedia-nın məlumatına görə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin oktyabr ayının birinci yarısında dörd fərqli beynəlxalq sammitdə iştirakı da bu reallıqların təsdiqidir:
“Azərbaycanın nüfuzlu beynəlxalq sammitlərdə iştirakı Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən fəal və dinamik xarici siyasət kursunun növbəti bariz nümunəsi kimi yadda qaldı. Beynəlxalq platformada fəal iştirak, eyni zamanda, Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş kimi artan rolunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət strategiyasının uğurlarını nümayiş etdirir. Həmçinin Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələr dövlətimizin beynəlxalq siyasətdə söz sahibi olmasının təsdiqidir”.
“Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər qazanması rəsmi Bakının hərbi əməliyyatlar apararaq yalnız işğal altında olan torpaqlarını geri qaytarmasını deyil, eyni zamanda, ədalətin bərpası üçün həyata keçirdiyi tədbirlərin zəruriliyini göstərdi. Bu baxımdan Prezident İlham Əliyevin Prezident Donald Tramp və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi təsadüfi xarakter daşımır. Bütün bunlar hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana artan beynəlxalq dəstəyin əyani göstəriciləridir”, – deputat vurğulayıb.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində, Qəbələ şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə və Tacikistanın paytaxtı Düşənbədə reallaşan MDB dövlət başçılarının sammitlərində iştirak etməsi Azərbaycanın müəyyən etdiyi çoxvektorlu xarici siyasət kursu sayəsində qarşıya qoyduğu hədəflərə doğru ardıcıl şəkildə irəliləməsinin və qlobal reallıqlar formalaşdırmasının göstəricisidir:
“Azərbaycan hər zaman qlobal problemlərin həllində birgə səylərin göstərilməsini əsas hədəf kimi qarşıya qoyur. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində artıq ölkəmiz geosiyasi nüfuzu artan, qlobal səviyyədə problemlərin həllində iştirak edən dövlətə çevrilib”.