media-4fe79d7390b8dc73
media-bant_master

ABŞ-nin keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.

ERAmedia xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edək ki, Çeyni dörd ABŞ prezidentinin administrasiyasında çalışıb. 1989-1993-cü illərdə o, ABŞ-nin müdafiə naziri vəzifəsində işləyib. 2001-ci ildən 2009-cu ilə qədər kiçik Corc Buşun administrasiyasında ABŞ-nin vitse-prezidenti olub.

O, ABŞ Respublikaçılar Partiyasının ən nüfuzlu siyasətçilərindən biri və “sıfırıncı” illərin ABŞ prezident administrasiyasının ən güclü üzvlərindən biri hesab edilirdi.


media-adspc

Bənzər xəbərlər