DİN: Hərəkətin təhlükəsizliyi tam təmin edilir
Hazırda ölkənin qərb bölgəsində və dağlıq ərazilərdə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.
ERAmedia-ya bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət davam etdirilir”, – məlumatda qeyd edilib.









