media-din-810x456

Sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ERAmedia-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 198, o cümlədən borclu şəxs qismində axtarışda olan 163 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. ⁠Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. ⁠Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.


media-adspc

Bənzər xəbərlər