media-1770634443333903344_1200x630

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edib.

ERAmedia Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqədə Azərbaycanın dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20–30 yaş aralığında, boyu 160 santimetrdən çox olan, özü və yaxın qohumlarının məhkumluğu olmayan, qadın cinsli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqə zamanı kompüterdə işləmək bacarığı olan, məsuliyyətli və diqqətli, ən azı bir xarici dili sərbəst bilən, həmçinin 3 illik pedaqoji təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İştirak etmək istəyən şəxslər fevralın 10-dan martın 10-dək DİN-in rəsmi internet saytında — www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-80-66

(012) 590-98-37

(012) 590-93-64

(012) 590-97-52


media-adspc

Bənzər xəbərlər