media-1770836053_stip

“Best Model of Azərbaycan”ın direktoru Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırılıb.

ERAmedia  xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Pərviz Zamanlı qətnamə çıxarıb.

İş materiallarından məlum olur ki, “Best Model of Azerbaijan” MMC-nin, “Miss and Mister Grand” MMC-nin və Elxan Paşayevin rəhbərlik etdiyi başqa bir şirkətin (adını dəqiqləşdirmək mümkün olmayıb) dövlət büdcəsinə borcu olub.

Borc vaxtında ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilənədək Elxan Paşayevin ölkədən çıxışına “stop” qoyulmasını istəyib. Məhkəmə də ərizəni təmin edib. (Bakupost)

media-1770836054_1770834083-361d14b2450c9546a022fbe5b41ff19a


media-adspc

Bənzər xəbərlər