Dmitri Medvedev təltif edilib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
ERAmedia xəbər verir ki, Rusiya lideri bununla bağlı fərman imzalayıb.
Qeyd olunur ki, Medvedyev “Rusiya dövlətçiliyinin möhkəmləndirilməsində və Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin edilməsində böyük xidmətlərinə görə” təltif olunub.
Mükafatlandırma mərasimi Medvedevin 60 illik yubileyi günündə baş tutub.