media-1765782510_nura-suri

Müğənni Nura Suri doğum günü ərəfəsində şəxsi həyatı və yaradıcılığı ilə bağlı diqqətçəkən açıqlama verib.

ERAmedia-nın məlumatına görə, sənətçi bildirib ki, həyatının mənasını düşündükdə ilk olaraq üç oğlunun anası olmağın onun üçün ən böyük missiya olduğunu hiss edir.

Onun sözlərinə görə, bir vaxtlar ağır vəziyyətdə komaya düşməsi və həkimlərin belə sağalacağına ümid etməməsinə baxmayaraq, həyata geri dönməsi həyatında dönüş nöqtəsi olub.

Müğənni qeyd edib ki, həmin hadisədən bir il sonra kiçik oğlu Davidi dünyaya gətirib və bəlkə də həyata qayıdışının əsas səbəbi məhz bu olub:

“Bəlkə də həyata Davidi dünyaya gətirmək üçün qayıtmışdım”.

O, illərdir öz üzərində çalışaraq yaxşı və vicdanlı insan olmağa səy göstərdiyini, etdiyi yaxşı əməllərlə bu gün özündən qürur duyduğunu vurğulayıb. Sənətçi mərhəmətli, ədalətli və vicdanlı biri olduğunu düşünür və bu xüsusiyyətlərin mənfi tərəflərini kölgədə qoyduğunu bildirib.

Bununla yanaşı, o, uzun müddətdir yeni mahnılar üzərində işlədiyini və yaxın zamanda bir-birindən fərqli layihələr təqdim edəcəyini açıqlayıb.

Müğənni əlavə edib ki, 14 aprel saat 19:00-da “Nağıl” adlı yeni mahnısı yayımlanacaq. Onun sözlərinə görə, bu mahnı doğum günündə özünə etdiyi ən gözəl hədiyyədir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər