Doktorant və dissertantlara şəhadətnamələr verilir
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 25-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənləri üzrə keçirilmiş fəlsəfə doktoru imtahanından müvəffəqiyyət qazanan şəxslərə şəhadətnamələrin verilməsinə başlanıb.
DİM-dən ERAmedia-ya bildirilib ki, şəhadətnamə əldə edən şəxslər şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə sənədi DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər isə [email protected] ünvanına müraciət etməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surətini əlavə etməlidirlər.









