media-videoedited
media-otmbtoregpbuxivyjhax7efz8so72iikyeryafh2_1200
media-shehidler_olmez_baner_full

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ABŞ Prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməsi təklifini dəstəkləyib.

ERAmedia xəbər verir ki, İsrailin baş nazirinin “X” sosial media platformasındakı ingilisdilli rəsmi səhifəsində mükafatla bağlı qısa post dərc olunub:

“Donald Trampa Nobel Sülh Mükafatını verin – o, buna layiqdir!”

Bundan əvvəl İsrail Prezidenti İsaak Hersoq və keçmiş baş nazir, İsrail parlament müxalifətinin lideri Yair Lapid də Trampa Nobel Sülh Mükafatının verilməsi təklifini dəstəkləyib. Bu bəyanatlar iki ildir Qəzza zolağında saxlanılan girovların azad edilməsi və anklavda atəşkəslə bağlı əldə olunan razılaşma fonunda verilib.

Xatırladaq ki, oktyabrın 6-da Stokholmda Nobel Həftəsi açılıb. Sülh mükafatı laureatı oktyabrın 10-da Osloda elan olunacaq.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər