Doqquzuncu sinif şagirdi vəfat etdi
Qubadlı şəhər Bəhmən Mehdiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, məktəbin 9-cu sinif şagirdi Abbaszadə Pərvin Bayram qızı dünyasını dəyişib.
Şagirdin ölüm səbəbi açıqlanmayıb.









