media-17789487123616320198_1200x630

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 139 min 300 nəfəri aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ERAmedia-ya verilən məlumata görə, onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Dörd ayda 5 min 600 nəfər üçün peşə hazırlığı kursları təşkil olunub, 81 min 500 şəxsə isə peşəyönümü xidmətlər göstərilib.


media-adspc

Bənzər xəbərlər