media-videoedited
media-b49dcbd0-5eeb-3dde-a79f-a37c31c2a106_825
media-shehidler_olmez_baner_full

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

ERAmedia-nın məlumatına görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman ölkənin yeni prezidenti seçilib.

Nəticələr açıqlandıqdan sonra ilk münasibət MHP sədri Dövlət Baxçalıdan gəlib.

O, seçkilərin nəticələrinin qəbul edilməməsi lazım olduğunu bildirərək, Şimali Kipr parlamentinə çağırış edib. “ŞKTC-də keçirilən seçkinin nəticələri çox aşağı fəallıqla əldə olunub. Kipr türk icmasının taleyini bu fəallıqla təmsil etmək mümkün deyil. Seçkilərin nəticələri seçki komissiyası tərəfindən açıqlansa belə, KKTC parlamenti təcili toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya qayıtmasının qəbuledilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq qərarına gəlməlidir”.


media-adspc

Bənzər xəbərlər