media-1771254330270437304_1200x630

Dövlət Komitəsinin 2026-cı il üzrə fəaliyyətinin əsas prioritetləri sırasında rəqəmsal transformasiya çərçivəsində xidmətlərin elektronlaşdırılması, süni intellekt əsaslı texnoloji həllərin tətbiqi yer alıb. Həmçinin dini qurumların fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dini təhsil müəssisələrinin fəaliyyəti, dini maarifləndirmə işinin gücləndirilməsi, dini-mənəvi dəyərlərin təbliği ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

ERAmedia xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qurumun fevralın 16-da keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, ötən il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzi tərəfindən Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filmi hazırlanıb. “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində 250 məscid 25 min kitabla təmin edilib.

Hesabat dövründə 51 din xadimi vakant yerlərə təyin olunub, 3598 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib.


media-adspc

Bənzər xəbərlər