media-1732864390_vezife-kreslo

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 7-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.

ERAmedia-ya DİM-dən bildirilib ki, elan üzrə 5 dövlət orqanında mövcud olan 9 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş 19 namizədlə 21 müsahibənin keçirilməsi nəzərdə tutulur.

Ən çox namizədin qeydiyyatdan keçdiyi vəzifə İqtisadiyyat Nazirliyinin aparatında dövlət orqanı aparat rəhbərinin müavini vəzifəsidir. Bir vakant vəzifə üzrə 6 namizəd qeydiyyatdan keçib.

Müsahibələrin sentyabrın 2-dən 14-dək keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri barədə ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə edə bilərlər.

Müsahibələrin təşkili və keçirilməsi üçün Mərkəz və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Bu səbəbdən namizədlərin müsahibədə iştirak etməməsi üzrlü hal kimi qəbul edilmir və məsuliyyətsizlik kimi qiymətləndirilərək Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina edə bilər. Bunun üçün müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçərək açılan müraciət formasında “İMTİNA” düyməsini basmaq lazımdır.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibənin keçiriləcəyi binaya gəlmələri xahiş olunur.


media-adspc

Bənzər xəbərlər