media-videoedited
media-1760090958_80
media-shehidler_olmez_baner_full

Daxili qoşunların tərkibi müəyyənləşdiriləcək.

ERAmedia xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, daxili qoşunların tərkibi aşağıdakılardan ibarət olacaq:

– idarəetmə orqanı;

– daxili qoşunların funksional vəzifələri üzrə hərbi hissə və bölmələr;

– xüsusi təyinatlı təhsil müəssisələri;

– təminat hərbi hissə və bölmələri.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər