media-abs_1746954653

Futbol üzrə Dünya Çempinatının ev sahiblərindən olan ABŞ turnir başlamazdan əvvəl beynəlxalq idman komandalarına tətbiq edilən təhlükəsizlik tədbirlərinə görə müzakirə mövzusuna çevrilib.

ERAmedia xəbər verir ki, məlumata görə, Hollandiyaya qarşı hazırlıq oyunu üçün Nyu-Yorka gələn Özbəkistan milli komandası ölkəyə daxil olarkən sərt yoxlamalarla üzləşib.

İddialara əsasən, komanda avtobusdan düşərkən ABŞ təhlükəsizlik əməkdaşları tərəfindən metal detektorlar və narkotik maddələrin aşkarlanması üçün təlimli itlər vasitəsilə yoxlamadan keçirilib. Hadisənin futbolçuların və heyətin “potensial narkotik daşıyıcısı” kimi qiymətləndirilməsi təəssüratı yaratdığı bildirilir.

Oxşar halların Seneqal milli komandasının ABŞ-a gəlişi zamanı da yaşandığı iddia olunur. Bildirilir ki, futbolçular hava limanı ərazisində geniş təhlükəsizlik yoxlamalarına cəlb edilib, hətta ayaqqabıların içi də daxil olmaqla ətraflı baxış keçirilib.

Bu cür sərt təhlükəsizlik prosedurları, Dünya Çempinatı öncəsi ev sahibi ölkənin beynəlxalq komandalarla davranışı barədə suallar doğurub. Hadisələrin idmançıların qəbuluna və turnirin ümumi atmosferinə necə təsir edəcəyi isə müzakirə olunur.


media-adspc

Bənzər xəbərlər