media-17838285661570019188_1200x630

Futbol üzrə dünya çempionatında Argentina və İsveçrə yığmaları arasında oyun keçirilib.

ERAmedia xəbər verir ki, “Kanzas Siti” stadionunda keçirilən 1/4 final mərhələsində Cənubi Amerika təmsilçisi hesabı açıb – 1:0. Oyunun 10-cu dəqiqəsində Aleksis Makallister fərqlənib.

İkinci hissədə İsveçrə yığması hesabı bərabərləşdirib – 1:1. Oyunun 67-ci dəqiqəsində Dan Ndoye fərqlənib.

Oyunun əsas hissəsində qalib müəyyənləşməyib. Ayrılmış əlavə vaxtda, oyunun 112-ci dəqiqəsində Julian Alvarez Argentina yığmasını irəli çıxarıb – 2:1. Daha sonra oyunun 120+1 dəqiqəsində Cənubi Amerika təmsilçisi daha bir qələbə qazanıb – 3:1. Argentina komandasında Lautaro Martines fərqlənib.

Beləliklə, Argentina yarımfinala vəsiqə qazanıb.


media-adspc

Bənzər xəbərlər