media-dc

Diario AS nəşri futbol üzrə dünya çempionatları tarixinin ən məhsuldar bombardirlərinin hazırkı reytinqini təqdim edib.

ERAmedia xəbər verir ki, siyahıya Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi başçılıq edir. Onun hesabında 21 qol var.

İkinci pillədə Fransa millisinin və Madrid “Real”ının forvardı Kilian Mbappe 20 qolla qərarlaşıb.

İlk üçlüyü isə Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze 16 qolla tamamlayır.

Futbolçuların reytinqi belədir:

1.Lionel Messi (Argentina) – 21 qol, 32 oyun
2.Kilian Mbappe (Fransa) – 20 qol, 20 oyun
3.Miroslav Kloze (Almaniya) – 16 qol, 24 oyun
4.Ronaldo (Braziliya) – 15 qol, 19 oyun
5.Gerd Müller (Almaniya) – 14 qol, 13 oyun
6.Harri Keyn (İngiltərə) – 14 qol, 16 oyun
7.Jüst Fonten (Fransa) – 13 qol, 6 oyun
8.Pele (Braziliya) – 12 qol, 14 oyun
9.Şandor Koçiş (Macarıstan) – 11 qol, 5 oyun
10.Yurgen Klinsmann (Almaniya) – 11 qol, 17 oyun.


media-adspc

Bənzər xəbərlər