media-14649728591847417591_1200x630

FIFA İspaniyanın La Liqa komandalarından “Athletic Bilbao”ya maliyyə və qayda pozuntuları səbəbindən üç transfer mövsümü ərzində oyunçu qeydiyyatı qadağası tətbiq edib.

ERAmedia xəbər verir ki, qadağanın 2026-cı ilin yay, 2027-ci ilin qış və 2027-ci ilin yay transfer dövrlərini əhatə edəcəyi bildirilib.

Bask təmsilçisi həmin müddət ərzində yeni oyunçu qeydiyyatı apara bilməyəcək. Klubun bu sanksiyaya qarşı hansı addımı atacağı isə hələ məlum deyil.

FIFA-nın açıqlamasında bildirilir ki, qadağa maliyyə anlaşmazlıqları və ya qaydalara zidd hərəkətlər kimi müxtəlif pozuntular səbəbindən tətbiq olunub.

Klubun sözügedən qərara qarşı hansı addımı atacağı isə hələ maraq doğurur.

Vural


media-adspc

Bənzər xəbərlər