media-fea-what-is-the-united-nations-organization-gettyimages-642345936-2-1920x1152
media-bant_master

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katib vəzifəsinə yeni namizədlər axtardığını rəsmən bəyan edib.

ERAmedia “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə Baş Assambleyanın sözçüsü Annalena Baerbock “Seçimimiz bizim kim olduğumuz, həqiqətən bütün dünya xalqlarına xidmət edib-etmədiyimiz barədə ismarıcımıza çevriləcək”- deyə, bildirib.

BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına üzv dövlətlər Baş katib António Quterreşin 2026-cı ildə səlahiyyət müddəti başa çatdıqdan sonra onun yerinə namizədlər irəli sürmələrini istəyiblər. Çağırışda BMT üzvlərinə Baş katib vəzifəsinə namizəd seçimlərində qadın namizədləri ciddi şəkildə nəzərə almaqla regional müxtəlifliyin vacibliyi qeyd edilir.

Xatırlasaq ki, Yeni Zelandiyanın keçmiş Baş naziri Jacinda Ardern bu vəzifəyə mümkün namizədlər sırasındadır. Digər potensial namizədlər arasında Barbados Baş naziri Mia Mottley, BMT İnsan Hüquqları üzrə keçmiş Komissarı Mişel Baçelet və BMT Baş katibinin müavini Amina Mohammed yer alır.

BMT-nin Baş katibi vəzifəsinə Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən həyata keçirilir. O, namizədləri əvvəlcədən seçir və təklif olunan istənilən namizədə veto qoya bilər. Texniki cəhətdən, bir şəxsin xidmət edə biləcəyi beş illik müddətlərin sayına heç bir məhdudiyyət yoxdur, lakin heç kim iki müddətdən çox xidmət etməyib.

Təşkilatın hazırkı, doqquzuncu rəhbəri António Quterreşdir. O, vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayıb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər