Dünyada bir ilk: Ölümündən 80 il sonra kimliyi müəyyənləşdi
Yaponiyada Xirosima qurbanlarından birinin kimliyi ölümündən 80 il sonra müəyyən edilib.
ERAmedia xəbər verir ki, Yaponiyanın Kanaqava Stomatologiya Universiteti kimliyi məlum olmayan və qeydlərdə itkin kimi qeyd olunan Xirosima qurbanına dair araşdırma aparıb. 1945-ci ildə ABŞ-ın Yaponiyaya atom bombası atmasından sonra itkin düşən 13 yaşlı qızın taleyi 80 il sonra ortaya çıxıb.
Hadisə ailə üzvlərinin şübhəsi ilə başlayıb. Xirosima Sülh xatirəsi parkında saxlanılan bəzi kül və saç nümunələrinin “Michiko Kajiyama” adı ilə qeyd olunduğunu görən ailə üzvləri bunun yanlışlıq ola biləcəyini düşünüb və DNA analizi tələb ediblər.
Kanaqava Stomatologiya Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmada saç tellərindən DNA nümunəsi götürülüb və qızın hələ də sağ olan bacısının DNA-sı ilə müqayisə edilib.
80 il keçməsinə baxmayaraq saç tellərindən DNA nümunəsinin əldə edilə bilməsi bir ilk kimi tarixə düşüb.
Qalıqları araşdıran mütəxəssislər nümunələrin əslində “Hatsue Kajiyama”ya aid olduğunu təsdiqləyiblər. Beləliklə, ailə 80 il sonra qızlarının taleyini müəyyən edə bilib.
Ailə qeyd edib ki, hələ də sevdiklərinin kimliyini müəyyən edə bilməyən ailələr var və bu hadisə onlar üçün də nümunə ola bilər.
Vural










