Dünyada müharibələr gedir və bu səbəbdən hər gün insanlar həlak olur - AÇIQLAMA

Dünyada müharibələr gedir və bu səbəbdən hər gün insanlar həlak olur – istər mülki, istərsə də hərbçi… Azərbaycan isə müharibə və münaqişə dövrünü arxada qoyub, sülh dövrünü yaşayır. Prezident İlham Əliyev sərhədlərimizdən uzaqda gedən müharibələrdə vətəndaşlarımızın iştirakını istəmir. Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsində bu mövzu ilə bağlı sitatı belə idi: “biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik”.
Bu fikirləri ERAmedia-ya açıqlamasında Siyasi şərhçi Araz XAN deyib.

Onun sözlərinə görə, Prezident bu fikiri Azərbaycanın sülhməramlı qüvvələrinin Qəzzaya göndərilmə ehtimalı ilə bağlı suala cavabında səsləndirdi. Bu Azərbaycan Prezidentinin hər bir azərbaycanlıya verdiyi dəyəri göstərir. Dövlət başçısı fikrini belə əsaslandırır – “axı, Fələstin də bizi elə də müdafiə etmirdi”. Baxmayaraq ki, Azərbaycan həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Bakıda Azərbaycanın maliyyə yardımı sayəsində Fələstin səfirliyi fəaliyyət göstərir. Amma biz dövlət başçısının sözləri ilə desək paravozun önündə qaçmayacağıq. Qoy bu məsələni ərəb dövlətlərinin özləri həll etsin.
Əli Fərhad










