media-1769181442_5449484995597635337

Rusiya ilə Ukrayna arasında davam edən qanlı müharibəni dayandırmaq məqsədilə aparılan diplomatik danışıqlar Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə həlledici mərhələyə qədəm qoyur.

ERAmedia xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Livitt bu gün keçiriləcək üçtərəfli zirvənin sülh sazişinə aparan yolda atılmış ən konkret addımlardan biri olacağını açıqlayıb.

Mətbuat konfransında çıxış edən Livitt bildirib ki, prezident Donald Tramp Yaxın Şərqdə “imkansızı bacaran” komandası (Stiv Uitkoff və Cared Kuşneri) bu dəfə Avropadakı müharibəni dayandırmaq üçün vəzifələndirib. Livittin sözlərinə görə, “Tramp bu iki şəxsin təcrübəsinə güvənir və Yaxın Şərqdə əldə olunan uğuru Ukrayna–Rusiya xəttinə daşımağı hədəfləyir”.

Toplantıda diqqət çəkən digər məqam Trampın bir neçə gün əvvəl Vladimir Putindən “Ukraynanı bir həftə ərzində vurmamasını” xahiş etməsi olub. Bu çağırışa baxmayaraq, Rusiyanın bu gün Ukraynaya yeni hücumlar təşkil etməsinə münasibət bildirən Livitt deyib: “Prezident bu vəziyyətə görə məyus oldu, lakin təəccüblənmədi. Biz inanırıq ki, bu amansız müharibəni dayandırmağın yeganə yolu diplomatik masadan keçir”.

Yanvarın 24-də baş tutan ilk görüşdən sonra keçiriləcək bu ikinci zirvədə iştirak edəcək nümayəndə heyətləri strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, görüşdə ABŞ tərəfini Stiv Uitkoff, Cared Kuşner və Quru Qoşunları katibi Den Driskoll, Ukraynanı Milli Təhlükəsizlik katibi Rüstəm Umerov və Kəşfiyyat Xidmətinin rəhbəri Kirilo Budanov, Rusiyanı isə Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov təmsil edir.

Görüşlərin əsas gündəm mövzularının daimi atəşkəsin şərtləri və sərhəd təhlükəsizliyi olacağı gözlənilir.

Vural


media-adspc

Bənzər xəbərlər