media-news_2151

Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı gündən etibarən Fondun “e-ttkf.edu.az” elektron portalına 87 min 588 müraciət daxil olub.

ERAmedia-ya Fonddan bildirilib ki, müraciətlərdən 71 min 695 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Rəsmiləşdirilən müqavilələrin 46 min 858-i (65.36 faiz) standart növ, 24 min 837-si (34.64 faiz) isə sosial növ təhsil tələbə kreditidir.

Qeyd edək ki, 2025/2026-cı tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət fevralın 1-dən başlanılıb. Müraciət prosesi semestr sonuna kimi davam edəcək.


media-adspc

Bənzər xəbərlər