media-1783249500-236813_sdr2z1ly5i

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb.

ERAmedia xəbər verir ki, Əbil Yusubov (-73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısından qalib ayrılıb. Həlledici qarşılaşmada italiyalı Luço Tavolettaya məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə millimizin daha 15 üzvü tatamiyə çıxacaq.


media-adspc

Bənzər xəbərlər