media-videoedited
media-1759570277_ebulfezzzz
media-shehidler_olmez_baner_full

“Mən onunla şəxsən dostluq edirdim. O, çox gözəl insan və dəyərli bir həmkar idi”.

ERAmedia xəbər verir ki, bunu sabiq mədəniyyət naziri Əbülfəz Qarayev sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimində jurnalistlərə açıqlamasında deyib. O, Oqtay Şirəliyevin heç vaxt insanların çətinliklərinə biganə qalmadığını bildirib.

“Mədəniyyət işçilərinin və ya başqa sahələrdə çalışan insanların ən kiçik problemi belə olanda, Oqtay müəllim canla-başla yardım etməyə çalışırdı, nə lazımdırsa, edirdi”.

Ə.Qarayev həmçinin qeyd edib ki, onun yaradıb-qurduğu Respublika Diaqnostika Mərkəzi bu gün də Azərbaycanın səhiyyə sistemində mühüm yer tutur:

“Düşünürəm ki, onun haqqında yalnız müsbət xatirələr qalacaq. Biz çox yaxın bir dostumuzu itirdik. Allah ona rəhmət eləsin”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər