media-17853159152731746478_1200x630

Rəqəmsal səyyahlar və rəqəmsal istedad vizaları ilə bağlı miqrasiya qanunvericiliyinə müəyyən dəyişikliklər nəzərdə tutulub.

ERAmedia xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29-da keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, yaxın perspektiv üçün vacib istiqamət əcnəbilərə verilən icazə vəsiqələrinin elektron sənəd formasında tərtib olunmasıdır: “Əcnəbilərə verilən müvəqqəti, daimi icazə vəsiqələrinin tam elektron sənəd formasında tərtib olunması üzərində işləyirik. Yəni qanun qüvvəyə mindikdən sonra artıq çap edilmiş vəsiqələr verilməyəcək. Bugünkü qanunla hər bir halda şəxs əgər “mygov”dan vəsiqəni götürürsə, o, əslinə bərabər tutulur. Ancaq növbəti bir təklif ondan ibarətdir ki, onu çap etməyə ehtiyac qalmasın. O, QR kod olacaq. Şəxs zərurət bilərsə, özü onu çap edə bilər”,- deyə Vüsal Hüseynov qeyd edib.


media-adspc

Bənzər xəbərlər