Ədəbiyyatımıza və mətbuatımıza işıq TUTANLAR
Bakı Avrasiya Universitetində “Ədəbiyyatımıza və mətbuatımıza işıq tutanlar: Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Süleyman Sani Axundov və Üzeyir Hacıbəyli” mövzusunda tədbir keçirilib. Tədbirdə mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb.
ERAmedia xəbər verir ki, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları Səadət Şıxiyeva “İmadəddin Nəsimi və Seyid Əzim Şirvani: ortaq ədəbi biçimlər”, Aygün Bağırlı “Süleyman Sani Axundov və uşaq ədəbiyyatı”, Mətanət Vahid isə “Seyid Əzim Şirvaninin tədqiq tarixi” mövzusunda söhbətləri müəllim və tələbələrin diqqətini çəkib.
Eyni zamanda, tədbirdə Sabah qrupunun tələbələrinin dərslik materialları əsasında Süleyman Sani Axundov və Üzeyir Hacıbəylinin irsinin tədrisindəki boşluqlara peşəkarcasına baxışı alqışlanıb, təqdir edilib.









