media-020202

Osmanlı sultanı II Bayazid eyni zamanda “Ədli” təxəllüsü ilə şeirlər yazan bir şair kimi də tanınır və onun bu təxəllüslə qələmə aldığı əsərlərdən ibarət rəsmi “Divan” nüsxələri bu gün də Topqapı Sarayı və Millət Kitabxanası kimi arxivlərdə qorunur.

ERAmedia xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirir ki, tarixçilərin fikrincə, II Bayazid taxtı oğlu I Səlimə təhvil verdikdən sonra Dimetokaya sürgünə gedərkən yolda zəhərlənmişdir.
Onun sözlərinə görə, mənbələrdə sultanın taxtı təslim edərkən oğluna belə bir qarğış etdiyi də rəvayət olunur: “Qılıncın kəsərli olsun, amma ömrün qısa olsun”.

Tarixçi qeyd edir ki, II Bayazidin son günlərində yazdığı deyilən şeirlər də onun yaşadığı faciəni açıq şəkildə əks etdirir:

“Kəndi istəyimlə tərk etmədim mən bu mülki-dövləti,
Görün nə etdi mənə bu Səlim Şah.
Bilirdim gələcəkdir başıma bu ruzigar,
Söyləmə ey dost, mən bunu bəxtimdən bilirdim.
Onu övlad deyil, bir qarındaş saymışdım,
Görün, nə etdi mənə bu Səlim Şah?”

Zaur Əliyev əlavə edir ki, bu hadisələr “Tacü’t-Tevarih” kimi klassik mənbələrdə, xüsusilə Hoca Sadəddin Əfəndinin əsərində geniş şəkildə təsvir olunur və sultanın taxtdan enməsi səhnəsi həmin mətnlərdə bədii çalarlarla təqdim edilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər